• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda evli kişi sevgilisini bıçaqlayıb qəza törətdi - Hər ikisi öldü

Bakıda evli kişi sevgilisini bıçaqlayıb qəza törətdi - Hər ikisi öldü
04.06.2019 18:41
Yasamal Rayonu Polis İdarəsinin əməkdaşları iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini araşdırarkən ağır cinayətin üstünü açıblar.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat veriblər.
Bildirilir ki, iyunun 3-də saat 13:30 radələrində Bakı Dairəvi yolunun kənarında 90 PL 782 dövlət nömrə nişanlı, "Nexia” markalı avtomobil aşkarlanıb. Maşından 31 yaşlı Abbasov Vasif Əliəddin oğlu və sərnişin, 29 yaşlı Əliyeva Aygün Hüseynağa qızının meyitləri tapılıb.

Araşdırma zamanı məlum olub ki, V.Abbasov iyunun 1-dən itkin düşmüş sayılıb. Meyitlərin ekspertizası zamanı qızın bədənində üç bıçaq zərbəsi aşkarlanıb. 
İstintaq qrupu hesab edir ki, cütlük arasında qısqanclıq zəminində mübahisə baş verib və nəticədə, Vasif Aygünə üç bıçaq zərbəsi endirib.
Bundan sonra, o, bilərəkdən qəza törədib ki, özünün və qızın həyatına son qoysun.
Digər versiyaya görə isə, V.Abbasov Aygünü xəstəxanaya çatdırmaq istəyib, lakin yolda ağır qəzaya düşüb.
Qeyd olunur ki, Vasif ailəli olub. Aygün isə boşanmış və bir uşaq anası olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol