• $
  • €
  • ₽
  • ₺
  • £

Bəşəriyyətin tezliklə sonu vəd edildi - Alimlərdən dəhşətli açıqlama

Bəşəriyyətin tezliklə sonu vəd edildi - Alimlərdən dəhşətli açıqlama
05.06.2019 11:09
Hazırkı vəziyyətdə bəşəriyyətin sonu yaxınlaşıb. 

The Independent xəbər verir ki, bu barədə avstraliyalı alimlərin hesabatında deyilir. 

Bunun əsas səbəbləri kimi iqlim dəyişikliyi, hökumətlərin fəaliyyətsizliyi və bunun nəticəsi olaraq iqtisadi-sosial böhran göstərilir. 

Ekspertlər yaxın gələcəkdə neft və qazın istehlakının azaldılması üzrə ciddi səylərin olmayacağını əsas gətirərək 2030-cu ildə havanın çirkləndirilməsinin pik səviyyəsinə çatacağını proqnozlaşdırır. Nəticədə 2050-ci ilədək Yerdə havanın hərarəti sənayə dövründən öncə olan göstəricilərlə müqayisədə 3 dərəcə artacaq. Bu üzdən dənizlərdəki buzlar əriyəcək, Amazoniyada genişmiqyaslı quraqlıq olacaq.

Həmçinin Asiya və Qərbi Afrikada, habelə Qolfstrimdə mussonların bölünməsində dəyişikliklər olacaq, bu isə Avropadakı vəziyyətə mənfi təsir göstərəcək. Şimali Amerika dağıdıcı təbii fəlakətlərdən, o cümlədən meşə yanğınları, quraqlıq və sel sularından əziyyət çəkəcək. Asiyada çaylarda suyun səviyyəsi azalacaq, Meksika və Mərkəzi Amerikada yağıntılar səviyyəsi iki dəfə aşağı düşəcək. 

2100-ci ildə Yer kürəsində havanın orta temperaturu 5 dərəcə artacaq. 

Qeyd olunur ki, 4 dərəcə istiləşmə mövcud qlobal cəmiyyət təşkilinə ziddir, həmçinin ekosistemlərə dağıdıcı təsir göstərir. Hətta 2 dərəcə istiləşmə insanların isti ölkələrdən kütləvi köçünə səbəb olacaq. Nəticədə iqlim qaçqınlarının sayı bir milyarda çata bilər. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol