• $
  • €
  • ₽
  • ₺
  • £

Qanuni oğruya görə keçmiş baş prokuror həbs edilib - RƏSMİ

Qanuni oğruya görə keçmiş baş prokuror həbs edilib - RƏSMİ
05.06.2019 11:36
Kriminal aləmdə "Çeçen Əziz” kimi tanınan "qanuni oğru” Əziz Batukayevin cəzaçəkmə müəssisəsindən qanunsuz yollarla azad olunması ilə bağlı Qırğızıstanda araşdırmalar davam edir. Rusiya mətbuatının yazdığına görə, cinayət işi üzrə daha bir fiqurant - Qırğızıstanın sabiq baş prokuroru Aida Salyanovanın adı hallanır.  O, artıq saxlanılıb.

Sabiq baş prokurora qarşı istintaqla əməkdaşlıq etməyə razılaşan Narınsk vilayətinin prokuror müavini Mayrambek Akmataliyev ifadə verib. M.Akmataliyevlə A.Salyanova arasında növbəti dəfə üzləşmə keçirilib. Müvəqqəti saxlama təcridxanasında A.Salyanovaya baş çəkən parlamentin deputatı Almambet Şıkmamatovun dediyinə görə, M.Akmataliyev azadlığa çıxmaq üçün sabiq baş prokurora qarşı ifadə verib.

Bir müddət öncə "Prestupnaya Rossiya” nəşri M.Akmataliyevin saxlanılması barədə məlumat yaymışdı. "Çeçen Əziz”in təcridxanadan "qaçış”ı üzrə cinayət işi 2019-cu ilin aprelində yenidən araşdırılıb. Bu dəfə iş üzrə həkim-onkoloq, laborant və hakim istintaqa cəlb edilib.  

Xatırladaq ki, ciddi rejimli koloniyada cəza çəkən "Çeçen Əziz” məhkəmənin qərarı ilə 2013-cü ildə azadlığa buraxılıb. "Qanuni oğru”nun həbsdən buraxılması həkimlərin ona "kəskin leykoz” diaqnozu qoymalarından sonra baş tutub.
Cinayət işi araşdırılarkən Qırğızıstanın sabiq səhiyyə naziri Dinara Saginbayeva da həbs olunub. Sonradan isə sabiq səhiyyə naziri ev dustaqlığına buraxılıb.

"Çeçen Əziz” qanunsuz silah saxlamada, narkotik vasitələrin qanunsuz dövriyyəsində, cəzaçəkmə müəssisəsində qiyamın təşkilində və s. bu kimi ağır cinayətlərdə ittiham olunaraq 16 il 8 ay azadlıqdan məhrum edilib. Məhkəmə "qanuni oğru” nun ölümcülxəstəliyə "düçar” olması qənaətinə gəlib və cəzasının çəkilməmiş hissəsindən azad edib. 9 aprel 2013-cü ildə Batukayev məhkəmə hökmü qanuni qüvvəyə mindikdən cəmi 6 saat sonra Bişkekdən çarter reysi ilə Çeçenistana  uçub. Hazırda da orada yaşayır.


(VİRTUAL AZƏRBAYCAN)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol