• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada daha bir azərbaycanlı həbs edilib - Təfərrüatlar

Rusiyada daha bir azərbaycanlı həbs edilib - Təfərrüatlar
05.06.2019 16:45
"Çekistə” 50 min rubl verdi ki, almanı sərhəddən keçirsin…

Rusiyanın Smolensk vilayətinin Xislaviça rayonunda Azərbaycan vətəndaşı Federal Təhlükəsizlik Xidmətinin əməkdaşına rüşvət verdiyi üçün tutulub.

Qaynarinfo Virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı vilayət Sərhəd İdarəsinin əməliyyat müvəkkilinə 50 min rubl rüşvət kimi verərək gətirdiyi almanı müvafiq sənəd yoxlaması olmadan sərhəddən keçirmək istəyib.

Lakin sərhədçi azərbaycanlının ona eyhamla rüşvət təklif etməsi barədə yerli hüquq-mühafizə orqanlarına bildirib. Bundan sonra proseslər əmliyyat-axtarış tədbirləri çərçivəsində davam edib.

Azərbaycan vətəndaşı 50 min rublu FTX əməkdaşına verərkən tutulub, onun barəsində vəzifəli şəxsə rüşvət vermə ittihamı ilə cinayət işi qaldırılıb.

"Hazırda müstəntiqlər cinayətin bütün xüsusatlarını araşdırmaq üçün istintaq hərəkətləri aparır, müvafiq sübut bazasını möhkəmləndirir. Şəxsə qarşı barəsində həbs qətimkan tədbiri seçilməklə ittiham irəli sürülüb. Cinayət işinin istintaqı davam edir”-vilayət İstintaq Komitəsinin məlumatında deyilir.

Məlumata əsasən rüşvət vermə faktı mayın 26-da qeydə alınıb, amma məsələ barədə rəsmi məlumat bu gün iyunun 5-də açıqlanıb.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol