• $
  • €
  • ₽
  • ₺
  • £

"Erməni əsgəri səngərdə ayağa qalxmaqdan qorxur" — Deputat "əyilə-əyilə" açıqlamasından DANIŞDI

"Erməni əsgəri səngərdə ayağa qalxmaqdan qorxur" — Deputat "əyilə-əyilə" açıqlamasından DANIŞDI
05.06.2019 19:49
"Bu gün sosial şəbəkələrdə sözün həqiqi mənasında anarxiya hökm sürür. Saxta profillər adları altında qaragurhçu qüvvələr mənə və ayrı-ayrı tanınmış ictimi-siyasi xadimlərə, dövlət nümayəndələrinə qarşı qarayaxma kampaniyaları aparırlar. Hesab edirəm ki, onların hər biri erməni lobbisinin sifarişlərini yerinə yetirirlər. Dəfələrlə mən də həmin qaragurhçu qüvvələrin hədəfində olmuşam. Mənim səsləndirdiyim fikirləri tamamilə təhrif edərək, mənə qarşı təxribatlar həyata keçirirlər. Onlar mənim düşmən haqqında söylədiyim "əyilə-əyilə" ifadəsindən ölkəmizə qarşı kampaniya kimi istifadə edirlər. Bəli, mən söyləmişəm ki, 2016-cı ilin aprel döyüşlərindən sonra Ermənistana təkcə hərbi zərbə vurulmadı. Eyni zamanda erməni əsgərlərinin mənəvi və psixoloji vəziyyətinə ağır zərbə endirilib. Yəni, artıq erməni əsgərlərinin gözünün odu alınıb. Hətta, kadrlar da var. Həmin kadrlara baxsanız görərsiniz ki, aprel döyüşlərindən sonra erməni əsgəri səngərin küncünə yıxılıb qorxusundan ayağa qalxmaq istəmir. Erməni zabiti həmin əsgərə əmr versə belə, o, yenə səngərdə ayağa qalxmaqdan qorxur. Kadrlardan da açıq görünür ki, erməni əsgəri ayağa qalxmaq taqətində deyil. Əgər kim istəsə, mən həmin kadrları onlara təqdim edə bilərəm". 
 
 
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirib. 
 
 
Deputat deyib ki, Azərbaycan ordusu 2016-cı ilin aprel döyüşləri zamanı erməni əsgərlərinə sarsıdıcı mənəvi-psixoloji zərbələr vurub:
 
 
"Bunun nəticəsində indi erməni əsgərlərinin psixoloji durumu dəyişib. Onlar özlərindən asılı olmadan hərbi tapşırığı yerinə yetirməkdən boyun qaçırırlar və böyük qorxu hissi altındadırlar. Mən də həmin zaman söylədim ki, erməni səgərləri qorxudan səngərdə əyilə-əyilə gəzirlər. Bilirsiniz, müasir səngərlər çox dərin qazıldığı üçün orada əsgərlər əyilmədən də rahat gəzə bilirlər. Klassik səngərlərdə isə əsgərlər əyilə-əyilə gəzirlər. Mənim sözümün mənası o idi ki, aprel döyüşlərindən sonra erməni əsgərləri böyük qorxu yaşayıb, qorxusundan ayaq üstə qalxa bilmir. Erməni əsgəri qorxudan düşünür ki, səngərdə belə o, ayaq üstə qalxan zaman Azərbaycan əsgəri onu məhv edəcək. Mən belə demişəm. İndi qanından azərbaycanlı qanı axan hər bir Azərbaycan vətəndaşı mənim bu fikirlərimə sevinməlidir. Yəni, erməni əsgəri əyilə-əyilə gəzir, Günəş işığına həsrətdir. Çünki onun qarşısında güclü Azərbaycan əsgəri var. Aprel döyüşləri də bunu bir daha təsdiqlədi".
 
 
Elman Nəsirov qeyd edib ki, onun "əyilə-əyilə" kimi söylədiyi fikirlərdən indi Azərbaycana qarşı şou kampaniyası yaratmaq istəyən q üvvələr var:
 
 
"Bəzən yazırlar ki, paşinyan Qarabağa əyilə-əyilə gəldi və sairə. Bununla da həmin qüvvələr sanki sevinirlər ki, erməni əsgəri səngərdə dik gəzsin, Azərbaycan torpaqlarında qorxmadan dolaşsın və sairə. Mənim bu cür insanlara yazığım gəlir. Doğrudan da onlar zavallı insanlardır".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol