• $
  • €
  • ₽
  • ₺
  • £

İsmayıllıda özbaşınalıq - bu yoldan keçmək üçün pul tələb olunur- Video

İsmayıllıda özbaşınalıq - bu yoldan keçmək üçün pul tələb olunur- Video
07.06.2019 10:14
İsmayıllının zərnava kəndindəki asma körpü pullu edilib. Ödənişi yığanlar da hər hansı bir rəsmi qurumun nümayəndələri yox, kənd sakinləridir.
 
Onlar isə ödənişin məcburi olmadığını və körpünün saxlanmasına xərclənəcəyini bildiriblər. Turistlərin çox istifadə etdiyi asma körpüdə pul yığılır. Görüntülər İsmayıllının Zərnava kəndindəndir. 50 il əvvəl Girdiman çayı üzərində asma körpü qurulub.
 
O vaxtdan da turistlər bu körpüdən pulsuz istifadə ediblər. Son günlərdə isə körpüdən keçməyə görə pul tələb olunur. Hətta bunun üçün asma körpünün hər iki tərəfinə nəzarətçi də qoyulub. Həmin şəxslər və təşkilatçı da məhz kənd sakinləridir. Yəni, heç bir rəsmi qurumun təşkilatçılığı ilə həyata keçirilmir. Turistlərin əksəriyyəti pul verdiklərini təsdiqləsələr də, bunun məcburi olmadığını bildiriblər.
 
Lakin onlardan pul tələb edildiyini etiraf edənlər də oldu. Körpüyə nəzarət edən şəxslər isə bildiriblər ki, pulun toplanmasında məqsəd körpüyə nəzarəti ciddi şəkildə həyata keçirmək, təmizliyini və sazlığını qorumaqdır. Ödəniş də məcburi deyil. Nəzarətçilər bildiriblər ki, körpüdən keçmək üçün 100 manat ödəniş edənlər də olub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol