• $
  • €
  • ₽
  • ₺
  • £

“Gəzməyi sevir deyə bu iki gün ona maraqlı gəlib” - Zəhragildən reportaj

“Gəzməyi sevir deyə bu iki gün ona maraqlı gəlib” - Zəhragildən reportaj
07.06.2019 14:14
Bir neçə gündür itkin düşmüş Zəhra dünən tapılaraq ailəsinə təhvil verilib. Belə ki, 3 yaşlı uşaq Masallı rayon sakini Təzəgül Nəzərova tərəfindən qaçırılaraq diləndirilib. 

"Qafqazinfo” bu məqamda Bağırovlar ailəsində qonaq olub və hadisənin təfərrüatları ilə maraqlanıb.

Zəhranın atası Rəsul Bağırov bildirib ki, qızının itkin düşməsi ilə bağlı məlumatı işdə olan zaman ailə üzvlərindən alıb:

"Axşam saat 18:00 radələri olardı. Evdən zəng vurdular ki, saat 3-dən Zəhra tapılmır. Mağazaya gedib, ondan sonra da onu görən olmayıb. Təşvişə düşdük, polisə xəbər verdik, sosial şəbəkələr, KİV vasitəsilə xalqa müraciət ünvanladıq.

Daxili İşlər Nazirliyi, bizə kömək edən bütün xalqımıza minnətdaram. Hərə nə xəbər olsa, Zəhraya oxşayan uşaq görsə, şəklini çəkib göndərirdi. Və polis o izlərlə Zəhranı dünən Neftçilər metrosunun yaxınlığında tapıb gətirdi.

Dilənçi yanında gəzdirirdi. Qızımın da nitq qüsuru olduğundan bir söz deyə bilməyib. Camaatın yazığı gəldiyi üçün qadına pul verib. Həmin qadını heç vaxt görməmişik. O Masallıdandır, özü də Təzə Bazarın yanında qaldığını deyir. Mənə elə gəldi ki, həmin qadın ruhi xəstədir. Yəqin ki, dalında duran kimsə var ki, bunu edir. Yaxınlıqda yaşayan bir şəxsin də şəkli yayılmışdı, onu narahat etdiyimiz üçün üzr istəyirəm. Uşağını məktəbə aparan zaman çəkilən şəkildi.
Zəhra istiqanlı uşaqdır. Tanımadığı insana belə o dəqiqə yaxınlaşır. Soruşuruq nə etdiz? Deyir, maşına minib, gəzməyə gedib. Gəzməyi çox sevir deyə bu iki gün ona maraqlı gəlib”.

Zəhranın anası Cəmilə Hüseynova qızının itməsində onu günahlandıranlara səslənib:
"Mən də xəbəri eşidəndə işdəydim.Tez evə qaçdım. Allah heç kimə göstərməsin, nə çəkdim bir Allah bilir. Çoxu deyir ki, ana məsuliyyətsiz olub. Ancaq ana imkansızlıqdan çörək dalınca gedib. Başına gəlməyən bilməz. Heç bir ana övladının belə bir hadisə ilə üzləşməyini istəməz. Uşağa böyük bacısı baxırdı adətən, vəziyyət elə gətirdi ki, iki günlük kiçik bacısının yanında qoymalı olduq. Uşaq da bayıra çıxmağa həvəslidir. Bir anlıq diqqətsizlikdən bu hadisə baş verib”.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol