• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda vakant müəllim yerlərinin sayı açıqlandı

Azərbaycanda vakant müəllim yerlərinin sayı açıqlandı
07.06.2019 20:30
Azərbaycanda orta məktəblərdə bütün fənlər üzrə 4925 vakant müəllim yeri var.

Trend-in məlumatına görə, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə bildirib.
Nazirlik rəsmisi deyib ki, may ayında İnsan Resursları Mərkəzi tərəfindən məktəblərdəki vakant yerlər haqqında məlumatlar sistemə daxil edilib.
Mərkəzin rəhbəri iyunun 3-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verildiyini xatırladıb. M.Camalzadə qeyd edib ki, namizədlər hazırda elektron sənəd qəbulu üçün şəxsi kabinetlərinə daxil olarkən vakant yerləri görə bilirlər.

M.Camalzadə əlavə edib ki, müsabiqədə iştirak edən müəllimlər öz istəklərinə uyğun vakant yer seçirlər, ondan sonra isə bal ardıcıllığı prinsipinə uyğun olaraq, onların yerləşdirilməsi aparılacaq.

Nazirlik rəsmisi bildirib ki, müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdiriləcək. Namizədlər yerdəyişmə müsabiqəsində diaqnostik qiymətləndirilmə və ya işə qəbul üzrə müsabiqədə topladığı balla iştirak edə bilərlər:
"Müəllimlərin ölkə üzrə diaqnostik qiymətləndirilməsi başa çatıb. Bu, o deməkdir ki, hər bir müəllimin diaqnostik qiymətləndirmə balı var. Namizədə şərait yaradılır ki, öz şəxsi istəyi əsasında istədiyi balı- diaqnostik qiymətləndirilmə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi balı seçə bilsin. Yəni namizədlər üçün onun iştirak etdiyi ən sonuncu imtahanın nəticəsini seçə bilməsi ilə bağlı məhdudiyyət qoyulmayıb”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol