Gömrük əməkdaşlarına hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin işdən çıxarılmış inspektoru Ariz Hüseynli, Fuad Abdullayev, Ruhəngiz Mirzəli və onlarla saxlanılan Nazim Muxtarovun cinayət işi üzə məhkəmə iclası başa çatıb.
Qeyd edək ki, DGK-nın yaydığı məlumata əsasən, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı N.Muxtarov "Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük sərhədini keçdikdən sonra saxlanılıb və ona məxsus əl yükünə baxış keçirilib. Baxış zamanı mobil telefonlar və aksesuarlar aşkar edilib.
Araşdırma zamanı məlum olub ki, N.Muxtarov bir qrup şəxslə əlbir olaraq mobil telefonları gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə dair Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inspektoru A.Hüseynli ilə sövdələşib və onun vasitəçiliyi ilə dəyəri külli miqdar təşkil edən, 197 120 manat dəyərində mobil telefon və aksessuarları gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçiriblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























