• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə Nazirliyi xəstəxanalarda rüşvət olduğunu deyən jurnalisti tutdurur

Səhiyyə Nazirliyi xəstəxanalarda rüşvət olduğunu deyən jurnalisti tutdurur
07.06.2019 20:43
İyunun 7-də Nəsimi Rayon Məhkəməsində Səhiyyə Nazirliyinin jurnalist Teymur Kərimova qarşı iddiası üzrə məhkəmə prosesi başlayıb.
Bizimyol.info xəbər verir ki, jurnalist mayın 18-də nazirliyin qarşısında etiraz aksiyası keçirib, onkoloji xəstə olan anasının müalicəsi üçün rüşvət tələb olunduğunu, pulu olmadığına görə paltarlarını satışa çıxardığını bildirib.
Bundan sonra nazirlik jurnalistə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb və onun Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atmaq) maddəsilə məsuliyyətə cəlb olunmasını tələb edib.
Hakim Babək Pənahovun sədrliyilə keçirilən hazırlıq iclasında Səhiyyə Nazirliyinin hüquqşünası prosesin qapalı keçirilməsi barədə vəsatət qaldırıb. Jurnalist və vəkilləri isə buna etiraz edərək bildirib ki, bu işdə sirr hesab olunan heç bir məsələ yoxdur, ictimaiyyətə.də açıq olmalıdır.
T.Kərimov və müdafiəçiləri Səhiyyə Nazirliyinin iddiasının icraata götürülməsinə etiraz ediblər. Bu barədə vəsatət qaldıran vəkillər bildirib ki, Səhiyyə Nazirliyi hüquqi şəxsdir. Hüquqi şəxs isə xüsusi ittihamçı qismində tanına bilməz. Çünki şərəf və ləyaqət fiziki şəxsə aid anlayışlardır.
Vəkillər əlavə edib ki, iddia ərizəsi hüquqi baxımdan da düzgün tərtib olunmayıb. Məhkəmənin hazırlıq iclasının qərarı iyunun 10-da keçiriləcək növbəti iclasda məlum olacaq.
Səhiyyə Nazirliyinin qarşısında aksiya keçirən jurnalist bildirib ki, dövlət xəstəxanasında anasının müalicəsi üçün ondan tələb olunan rüşvəti verməli olub. Amma artıq dərmanları almağa pulu yoxdur. Ona görə də nazirliyin qarşısında soyunaraq, paltarlarını satışa çıxarır.
Səhiyyə Nazirliyi isə dövlət xəstəxanalarında müayinə və müalicənin pulsuz olduğunu bildirir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol