• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalist Fuad Abbasov aclıq elan etdi

Jurnalist Fuad Abbasov aclıq elan etdi
07.06.2019 22:08
Rusiyada fəaliyyət göstərən jurnalist Fuad Abbasov özünün Moskvada, əcnəbi vətəndaşların müvəqqəti saxlanma mərkəzində saxlanmasına etiraz əlaməti olaraq aclıq aksiyası keçirir.
Bu barədə Oxu.Az-a İnsan Hüquqları üzrə Beynəlxalq Komitənin Bakı Ofisinin nümayəndəsi  Elçin Axundzadə məlumat verib.
İyunun 7-də Fuad Abbasov deportasiya edilməsi barədə qərara uyğun olaraq Bakıya uçmalı idi.

O hüquq müdafiəçilərinə müraciət edərək bildirib ki, Moskva-Bakı reysi ilə aviabilet alaraq, Azərbaycana qayıtmağı planlaşdırıb. Lakin yolda olarkən onların avtomobili geri qaytarılıb və jurnalist saxlanılıb. 
Fuad Abbasov bildirib ki, əgər onun ölkədən deportasiya olunması barədə qərar qüvvədədirsə, o azad edilməli və Bakıya göndərilməlidir. Əgər deportasiya haqqında qərar qanunsuz elan edilibsə, bu halda onun əcnəbi vətəndaşların müvəqqəti saxlanma mərkəzində saxlanması qanuna ziddir.
Bu səbəbə görə də Fuad Abbasov aclıq elan edib.
Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb.
Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması” adlı 2737/2019 nömrəli işə baxıb.
Proses mayın 17-də yekunlaşıb. Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol