• $
  • €
  • ₽
  • ₺
  • £

Dilqəm Əsgərov baba oldu: adını Dilqəm qoydular - Foto

Dilqəm Əsgərov baba oldu: adını Dilqəm qoydular - Foto
08.06.2019 10:07
5 ildir erməni girovluğunda saxlanan Dilqəm Əgərov baba olub.


Bu barədə Modern.az-a girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. 


K.Əsgərov qismən də olsa anasına verdiyi sözünü reallaşdırdığını bildirib: "Anam atamın həsrətini çox çəkirdi. Anama söz vermişəm ki, atam azad olunub gələnə kimi onun azadlığı uğrunda mübarizə aparacam. Anamın az da olsa Dilqəm həsrətini yumşaltmaq üçün qərar verdim ki, atamsız evlənim və elə də oldu. Evləndim və bu gün bir oğlum oldu. Uşaq Şəmkirdə doğuldu. Adını Dilqəm qoydum".


O, öz oğlunu anasına hədiyyə etdiyini vurğulayıb: "İstəyirəm anam az da olsa balaca Dilqəmlə baba Dilqəm azad olub gələnə kimi təsəlli tapsın". 


Qeyd edək ki, 2014-cü ilin iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.


Separatçı Dağlıq Qarabağ rejiminin qondarma "məhkəməsi” D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol