• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik işçi axtarır

Nazirlik işçi axtarır
10.09.2014 17:24
Daxili İşlər Nazirliyi, Bakı şəhər Baş Polis İdarəsinin tabeçiliyində olan orqan və hissələrdə işçi qəbulu elan edib.ANN.Az xəbər verir ki, vakant olan 95 sıravi və kiçik rəis heyəti vəzifəsinə xidmətə qəbulla bağlı müsabiqədə iştirak etmək üçün “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməyə uyğun olaraq işçi tələb edir.Qeyd edək ki, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetrdən (qadınlar 170 santimetrdən) hündür, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş (kişilər üçün), əvvəllər məhkum olunmamış, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşayış yeri üzrə Bakı şəhərində qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarını dəvət edir.Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq, xarici dil bilən namizədlərə üstünlük veriləcək.Xidmətə qəbul olunmaq istəyən şəxslər 2014-cü ilin oktyabr ayının 10-dək iş günləri saat 10-dan 17-dək Bakı şəhəri, Azərbaycan prospekti 5, Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə ərizə ilə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:- şəxsiyyət vəsiqəsi; - təhsil haqqında sənədin əsli; - hərbi bilet (kişilər üçün); - əmək kitabçası (olanlar üçün); Əlavə məlumat üçün əlaqə telefonları: (012) 590-97-52 (012) 590-92-37 (012) 590-93-27 (012) 590-92-21 (012) 590-98-30ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol