• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda daha bir yenilik

Azərbaycanda daha bir yenilik
10.09.2014 16:31
Ədliyyə Nazirliyinin “Mətbu nəşrlərin uçotu üçün müraciətin və sənədlərin qəbulu” xidməti elektronlaşdırılıb.  Sözügedən xidmət artıq adıçəkilən nazirliyin rəsmi saytındakı “Elektron xidmətlər” bölməsi (http:/exidmet.justice.gov.az/)  ilə yanaşı, “Elektron hökumət” portalı (e-gov.az) vasitəsilə istifadəçilərin ixtiyarına verilib. ANN.Az xəbər verir ki, xidmətdən yararlanmaq üçün istifadəçi xidmətə daxil olaraq elektron ərizə formasına müvafiq məlumatları əlavə edir. İstifadəçinin müraciətinin qeydə alınması üçün e-mail ünvanına göndərilmiş olacaq şifri daxil edərək, tələb edilən müvafiq sənədlərin skanerləşdirilmiş elektron surətlərini müraciətə əlavə etməsi tələb olunur. Sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir. Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin məsul şəxsi sənədləri və elektron ərizə formasını qəbul edir. Məlumatların düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub-olmaması yoxlanılır. Mətbu nəşr reyestrə daxil edilir, üzərinə müvafiq ştamp vurulmaqla reyestrə daxil edilmə nömrəsi əks etdirilən müraciətin bir nüsxəsinin skan edilmiş surəti elektron imza ilə təsdiq olunaraq elektron poçt vasitəsilə istifadəçiyə göndərilir. Həmin nüsxə istifadəçinin arzusu ilə poçt vasitəsilə onun ünvanına göndərilə və ya fərdi qaydada təqdim oluna bilər. Qeyd edək ki, istifadəçiləri fiziki və hüquqi şəxslər olan interaktiv növlü e-xidmət ödənişsiz olaraq həyata keçirilir. Elektron xidmətin icra müddəti 5 gün təşkil edir.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol