• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıya ilk CNG avtobusu gətirildi

Bakıya ilk CNG avtobusu gətirildi
08.06.2019 19:07
"Xaliq Faiqoğlu” şirkəti avtobus parkının müasir, ekoloji standartlara cavab verən təbiət dostu avtobuslarla yeniləməsi istiqamətində yeni fəaliyyət proqramının icrasına başlayıb.
"Qafqazinfo” xəbər verir ki, şirkətin 10 ildən çoxdur əməkdaşlıq etdiyi "Anadolu İsuzu” şirkəti tərəfindən istehsal edilmiş və sıxılmış təbii qazla (CNG) işləyən test avtobusu artıq paytaxtımıza gətirilib. AVRO-6 standartlarına cavab verən "İsuzu Citiport CNG” markalı bu avtobus 11-13 iyun tarixində Bakıda keçiriləcək 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində nümayiş etdiriləcək. Beynəlxalq sərginin başa çatmasından sonra avtobus paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının istifadəsinə veriləcək və əvvəlcədən tərtib edilmiş proqrama uyğun olaraq test mərhələsi həyata keçiriləcək.
Nəzərinizə çatdıraq ki, "Xaliq Faiqoğlu” şirkəti ekoloji standartların qorunmasına, AVRO standartların tətbiqinə böyük əhəmiyyət verir və inkişaf strategiyasını bu prinsip əsasında formalaşdırır. Şirkət son illərdə avtobus parkını əhəmiyyətli dərəcədə yeniləyib və sərnişinlərə AVRO-5 standartlarına cavab verən müasir nəqliyyat vasitələri ilə xidmət göstərilir. Şirkət 2019-2022-ci illəri əhatə edən yeni inkişaf strategiyası çərçivəsində CNG ilə çalışan (AVRO-6 standartlı) 120 ədəd nəqliyyat vasitəsini paytaxtımıza gətirməyi planlaşdırır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol