• $
  • €
  • ₽
  • ₺
  • £

Nümunəvi sürücü və yol polisləri mükafatlandırılacaq

Nümunəvi sürücü və yol polisləri mükafatlandırılacaq
10.06.2019 12:02
Onlar cəmiyyətə tanıdılaraq müsbət təcrübələri təbliğ ediləcək.
 
Anews.az xəbər verir ki, "Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi yeni layihə həyata keçirəcək. Belə ki, "Jurnalistika və İnkişaf Mərkəzi” İB "Qaydalar hamı üçündür: nümunəvi sürücü və yol polisi əməkdaşlarının cəmiyyətə tanıdılması” layihəsinin icrasına başlayır. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçiriləcək layihə çərçivəsində Azərbaycanda yol hərəkəti qaydalarının təbliği, qəzaların səbəbləri, qarşısının alınması üçün tədbirlər, parklanma ilə bağlı problemlər, sürücü məsuliyyəti ilə bağlı maarifləndirmə işləri aparılacaq, xidmətdə fərqlənən DYP əməkdaşları və nümunəvi sürücülər cəmiyyətə tanıdılacaq. 
 
Bakı və Gəncə şəhərlərində təşkil olunacaq tədbirlərdə yol hərəkəti qaydalarının təbliği, yol hərəkəti təhlükəsizliyinin təmin olunması məsələləri üzrə biliklərin tədqiqi təşviqi, yol qəzalarının, o cümlədən piyada vurma hadisələrinin əsas səbəblərinin araşdırılması, yol hərəkəti iştirakçılarının yol hərəkəti sahəsində şüurunun, onların Dövlət Yol Polisinin əməkdaşları ilə qarşılıqlı əlaqələrinin formalaşdırılması istiqamətində maarifləndirmə işləri aparılacaq. 
 
Əsas məqsəd baş verən yol qəzalarının ağır fəsadlara səbəb olması və bu hallardan kimsənin sığortalanmadığını nəzərə alaraq bütün yol hərəkəti iştirakçılarını yol hərəkəti qaydalarına əməl etməyə istiqamətləndirməkdir.  
 
Layihə çərçivəsində Dövlət Yol Polisi əməkdaşları və yol hərəkəti qaydalarına əməl edən nümunəvi sürücülər seçilərək mükafatlandırılacaq və onlar cəmiyyətə tanıdılaraq müsbət təcrübələri təbliğ ediləcək. Layihənin rəhbəri "Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlıdır.
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol