Türkiyədən ard-arda tələfat xəbərləri gəlir: Çox sayda ölən və itkin düşən var - Video

Ankarada baş verən sel nəticəsində ölənlərin sayı 3-ə çatıb.
Anews.az "Habertürk”ə istinadən xəbər verir ki, onlardan 2-si boğularaq, 1-i isə daşqın zamanı həyəcandan ürəktutması keçirərək həyatını itirib. Bir neçə nəfər isə boğulmaqdan son anda xilas edilib. Aramsız yağışların səbəb olduğu sel nəticəsində çox sayda tikili suya qərq olub. Nəqliyyat vasitələri sıradan çıxıb. Fəsadların aradan qaldırılması üçün fəlakət baş verən rayona çox sayda xilasedici cəlb edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























