• $
  • €
  • ₽
  • ₺
  • £

Millət Vəkili ordumuzun 2 şəhid verməsi ilə bağlı - Ermənistan cavabsız qalmayacaq

Millət Vəkili ordumuzun 2 şəhid verməsi ilə bağlı - Ermənistan cavabsız qalmayacaq
10.06.2019 13:27
Son günlərdə qoşunların təmas xəttində vəziyyət yenidən gərginləşib. Ermənistan hərbi birləşmələrinin cəbhə xəttində atəşkəs rejimini kobud formada pozaraq təxribat törətməsi nəticəsində son iki həftə ərzində Azərbaycan Silahlı Qüvvələri iki şəhid verib. Ən son belə təxribat isə Tərtər istiqamətində olub.

Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Elşən Xəlilov şəhid olub.

Cəbhə xəttində yaranmış gərginlik və onun səbəblərini bağlı Milli Məcliisn deputatı Elman Nəsirovla dəyərləndirməyə çalışdıq.

 "Ölkə.Az”a açıqlama verən millət vəkili bildirib ki, qoşunların təmas xəttində vəziyyət yenidən gərginləşib. 

"Erməni tərəfi yenidən təxribata əl ataraq  qoşunların təmas xəttində vəziyyəti  gərginləşdirir. Təmas xəttində vəziyyətin gərginləşməsi nəticəsində son günlərdə Azərbaycan iki şəhid verməli olub.

Düzdür, erməni tərəfi mayın 30-da törətdiyi təxribata görə öz layiqli cavabını aldı. Yəqin ki, bu təxribat da cavabsız qalmayacaq”, - deyə deputat bildirib.
Cəbhə xəttində gərginliyin yaranma səbəblərinə gəldikdə E.Nəsirov bildirib ki, ilk növbədə bu Ermənistandakı daxili vəziyyətlə bağlıdır: 

"Təmas xəttindən gərginliyin yaranması Ermənistanın daxilində  böhranın indikatorudur. Əgər ermənilər təmas xəttində vəziyyəti gərginləşdirib təxribata əl atırlarsa, deməli, ölkədaxili vəziyyət son dərəcədə gərginləşib.

Təmas xəttində son gərginləşmənin səbəbi isə Ermənistanda  hakimiyyət uğrunda  açıq şəkildə mübarizənin başlamasıdır. Artıq Paşinyanla bağlı eyforiya dövrü başa çatıb.   Robert Köçəryan, Serj Sərkisyan, Arkadi Qukasyan, Bako Saakyan və digərlərinin də yer aldığı Dağlıq Qarabağ klanından ibarət  Paşinyan əleyhinə açıq müxalif bir blok formalaşıb. Onlar artıq Paşinyana qarşı açıq müharibə elan ediblər”.

O, əlavə edib ki, Paşinyana qarşı mübarizə aparan Qarabağ klanına Ermənistandakı bəzi oliqraxlar da qoşulub: "Bu mübarizə Paşinyan hakimiyyətdən devrilənədək  davam edəcək”.

Deputat bildirib ki, Paşinyana qarşı mübarizə aparan qüvvə onu xəyanətdə ittiham edir: 
"Onlar Paşinyanı işğal altında olan torpaqları Azərbaycana qaytarmaqda və bunun üçün də erməni ictimai rəyini buna hazırlamaqda ittiham edirlər. Onsuz da sürətlə nüfuzunu itirən Paşinyanın reytinqinin enməsinə bu əlavə təsir göstərir. Bu səbəbdən də Paşinyan  özünü Qarabağ məsələsində güzəştə getməyən bir siyasəti obrazı formalaşdırmağa çalışır. Bunu sübut etmək üçün də cəbhə xəttində vəziyyəti gərginləşdirməyə çalışır. Bu sınaqdan çıxan bir üsuldur və Ermənsitan tərəfi illərlə bu taktikadan istifadə edib”. 

Deputatın fikrincə,  cəbhə xəttində gərginliyin artmasının ikinci əsas səbəbi isə münaqişənin tənzimləməsi ilə məşğul oaln beynəlxalq təşkilatların və ölkələrin işğalçıya sərt reaksiya verməməsi ilə bağlıdır: 

"ATƏT MQ həmsədrləri mayın 30-da Azərbaycan ordusunun yüksəkrütbəli zabitini qətlə yetirən zaman  dişsiz bir bəyanat verdi. Ermənistana qarşı sərt mövqe ortaya qoyulmadı. Bu da Ermənistan rəhbərliyində bir illüziya formalaşıdırır ki,  cinayət törətmək olar və buna görə cəzasız qalmaq olar.  Bu  nöqteyi nəzərdən beynəlxalq təşkilatların, eyni zamanda  ATƏT MQ həmsədrlərinin üzərinə böyük məsuliyyət düşür. Hesab edirəm ki, hadisələrin bu cür inkişafı Ermənistanın maraqlarına zidd olacaq.

Çünki Azərbaycan dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev dəfələrlə bəyan edib ki, sülhpərvər dövlət olduğumuz üçün münaqişəni dinc yolla həll etmək istəyirik. Ancaq hadisələr belə  davam edərsə,  müharibə qaçılmaz ola bilər və labüdləşə bilər. Biz müharibənin başlanması üçün çox münbit şəratin yarandığının şahidi ola bilərik. Buna görə də  bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək. Məsuliyyət eyni zaman ATƏT MQ həmsdərlərinin və beynəlxalq təşkilatların  üzərinə düşəcək. Bax reallıqdan ibarətdir.  Heç kəsdə şübhə ola bilməz ki, Ermənistan törətdiyi bu cinayətə görə cəzasız qalmayacaq”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol