• $
  • €
  • ₽
  • ₺
  • £

Məhkəmə “Prado” ilə xadiməni vuran yol polisi barəsində yeni qərar verib

Məhkəmə “Prado” ilə xadiməni vuran yol polisi barəsində yeni qərar verib
10.06.2019 13:36
Ali Məhkəmədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nərimanov RPİ Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis baş serjantı Nicat İbrahimlinin barəsində olan hökmdən verilən kassasiya protesti üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az xəbər verir ki, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 
Qərara əsasən, hökm ləğv edilib, iş baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilib. 

İttihama görə, 2017-ci il dekabrın 28-də Bakı şəhəri Nərimanov rayonu F.Xoyski 99 ünvanında polis baş serjantı İbrahimli Nicat Əfqan oğlu idarə etdiyi 10 XX 955 dövlət nömrə nişanlı, "Toyota Prado” markalı avtomaşınla yolu keçmək istəyən piyada, 1962-ci il təvəllüdlü İdrisova Ədilə Tapdıq qızını vurub, sonuncu yolun əks tərəfində hərəkətdə olan Məmmədov Seydi Eldar oğlunun idarə etdiyi "Nissan Sentra” markalı, 90 US 078 dövlət nömrə nişanlı avtomobilin qabaq hissəsinə dəyib, nəticədə piyada Ə.İdrisova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə N.İbrahimlinin hadisədə günahı sübuta yetirilməyib və onun barəsində bəraət hökmü çıxarılıb. Daha sonra dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin etməyib. Prokurorluq kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib. 
Qeyd edək ki, qəza zamanı dünyasını dəyişən Ə.İdrisova 5 nömrəli xəstəxanada xadimə işləyib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol