• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın müdafiə naziri — “Bu günlərdə öldürülən Azərbaycan əsgərinin ölüm əmrini şəxsən mən vermişəm"”

Ermənistanın müdafiə naziri — “Bu günlərdə öldürülən Azərbaycan əsgərinin ölüm əmrini şəxsən mən vermişəm"”
10.06.2019 14:17
Dünən cəbhə xəttində erməni tərəfinin açdığı atəş nəticəsində Gədəbəy rayonu, Köhnəqışlaq kəndinin sakini, 2000-ci il təvəllüdlü, əsgər Elşən Xəlilov şəhid olub.

"Ölkə.Az” xəbər verir ki, Tərtər rayonunda baş verən bu insidentdən bir neçə gün əvvəl Ağdam istiqamətində də erməni snayperin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun mayoru Aqil Ömərov şəhid olmuşdu.

Ermənistanın müdafiə naziri David Tonoyan bu gün bəyan edib ki, Tərtər istiqamətində azərbaycanlı əsgərin öldürülməsi əmrini şəxsən verib. Ermənistanın müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, azərbaycanlı əsgəri şəhid edən erməni hərbçilər mükafatlandırılıb. Bəyanatda bildirilir ki, 1 iyun tarixində Xocavənd istiqamətində Azərbaycan mövqelərindən açılan atəş nəticəsində erməni əsgər Sipan Melkonyan öldürülüb. Bu isə qisas aksiyası olub.
Tonoyanın bəyanatı bir daha sübut edir ki, cəbhə xəttində törədilən təxribatların arxasında birbaşa Ermənistan rəhbərliyi dayanır. Maraqlıdır ki, Sankt-Peterburqda keçirilən iqtisadi forumda azərbaycanlı jurnalistin Paşinyana ünvanlandığı sualdan baş nazir yayınmağa çalışıb və bildirib ki, azərbaycanlı əsgərin öldürülməsi faktı təxribatdır və hazırda istintaq aparılır. Guya həmin gün növbədə duran erməni əsgərlərin silahları yoxlanılıb və məlum olub ki, atəş açılmayıb. Guya toplanan faktlar Azərbaycan tərəfinə təqdim edilib.

Təbii ki, Paşinyanın açıqlaması növbəti yalan və absurddur. Söhbət təxribatdan gedir, bu təxribatı xüsusi hazırlanmış snayper törədib. Silahların yoxlanması məsələsi isə sadəcə məsuliyyətdən yayınmaqdır.

Bu gün isə erməni nazir etiraf edir ki, əmri şəxsən verib.

Bundan sonra isə söz Azərbaycan Ordusunun olacağına inanırıq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol