Rəqəmsal yayıma tam keçiləcək müddət açıqlandı

2015-ci ilin yayına qədər rəqəmsal televiziya yayımına keçid başa çatmalıdır. Bu, bütün MDB ölkələrində də belədir. Biz tələsmirik. Məsələni həll etmişik, Azərbaycan ərazisi rəqəmsal yayımla əhatə olunub.Bizim bu məsələdə əsas məqsədimiz əhalinin rahatlığıdır.Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Milli Teleradio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmli bildirib.Nuşirəvan Məhərrəmli qeyd edib ki, analoq yayımın dayandırılması problem deyil.“İstənilən vaxt bunu dayandıra bilərik, lakin biz bu prosesin tədricən həyata keçirilməsinin tərəfdarıyıq”- deyə o bildirib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























