"Xətai" metrosu bu tarixdə açılacaq

"Bakı Metropoliteni”nin "Xətai” stansiyası avqust ayında açılacaq.
Anews.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib.
O bildirib ki, hazırda stansiyada eskalatorların sazlanma prosesi gedir:"Biz çalışırıq ki, "Xətai” stansiyasını sərnişinlərin istifadəsinə mümkün qədər tez verək. Tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Eskalatorlar artıq quraşdırılıb. Avqust ayında stansiya yeni görkəmi ilə istifadəyə veriləcək”.
Onun sözlərinə görə, hazırda həmin ərazidə təmir-tikinti işləri davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























