• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Məmmədov "Veysəloğlu"dan getdi

İlham Məmmədov "Veysəloğlu"dan getdi
11.06.2019 17:56
"Veysəloğlu" Şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri İlham Məmmədov vəzifəsindən ayrılıb.

Anews.az xəbər verir ki, bu barədə İlham Məmmədov öz facebook səhifəsində məlumat yayıb. 
"Bu gündən etibarən hər zaman sevərək və məsuliyyətimlə adını daşıdığım "Veysəloğlu” Şirkətlər Qrupundan ayrıldım. Çox şadam ki, ölkəmizdə minlərlə insanın çalışdığı və ailəsini dolandırdığı, özünün korporativ dəyərləri olan belə bir şirkət var. Qida sektorunda, əsasən də idxal və dağıtım, istehsal və pərakəndə sahəsində daim inkişaf edərək ölkə iqtisadiyyatına töhfəsini verən, cəmiyyətin bütün sahələrində daim insanların yanında olmağa çalışan bir komandaya malik Veysəloğlu şirkətində çalışmaqdan məmnun oldum. 

Fəaliyyət dönəmində əsas məqsədim "Veysəloğlu”nun ictimaiyyətdə müsbət korporativ imicinin yaradılması, işgüzar nüfuzunun qorunması və daim cəmiyyətin bütün sahələrində şirkətin tanınması və sevilməsi olub. 

Şirkətdə fəaliyyətim dönəmində mənə dəstək olan, hər zaman köməklik göstərən media nümayəndələrinə, jurnalist dostlarıma, PR həmkarlarıma və sizlərə dərin təşəkkürümü bildirirəm. Sizinlə birlikdə bu yolu keçdik və uğurlara imza atdıq. 
Qeyd edim ki, "Veysəloğlu” Qrupun peşəkar PR komandası var və bu komandanın gələcək fəaliyyətində uğurlar arzu edirəm".(unikal)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol