• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 14 yaşlı qızı zorlayan hotel rəhbərinin oğlu məhkəmə qarşısında

Bakıda 14 yaşlı qızı zorlayan hotel rəhbərinin oğlu məhkəmə qarşısında
11.06.2019 22:46
Bakıda hoteldə 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməkdə təqsirləndirilən Nəriman Əhmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.


İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.Cinayət işi hakim Azər Tağıyevin icraatına verilib. Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.



İttihama görə, "Ambassador” hotelinin marketinq üzrə meneceri, 26 yaşlı Əhmədov Nəriman Asif oğlu 14 yaşlı qızı öz maşınına mindirərək "Ambassador” hotelə aparıb və orada onunla cinsi münasibətdə olub.Hadisənin yanvar ayında baş verdiyi bildirilir. Bundan əlavə həmin şəxsin ayrı-ayrı vaxtlarda dörd dəfə azyaşlını hotel nömrəsinə apardığı da qeyd edilir.Bakı Apellyasiya Məhkəməsində N.Əhmədovun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalından həbs edilib.


Onun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb.


Xatırladaq ki, qızın atası isə mətbuata açıqlamasında bildirib ki, N.Əhmədov onun qızı ilə bir neçə dəfə cinsi əlaqədə olub. Onun sözlərinə görə, hadisə 2018-ci ilin noyabrın 9-dan başlayaraq davam edib, dəfələrlə təkrarlanıb, 4 dəfə olub: "Qarşı tərəf işin əvvəlində barışmaq, adlarının hallanmaması üçün pul təklif etmişdi, mən qəti olaraq razılaşmadım. Oğlan evlidir, 1 yaşlı uşağı var. Atası ilə birgə "Ambassador” oteli işlədirlər”.
 
///Unikal.org

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol