• $
  • €
  • ₽
  • ₺
  • £

70-ci illərdə yaponlar nə üçün SSRİ-dən şüşə qırıqları alıb dənizə tökürdülər?

70-ci illərdə yaponlar nə üçün SSRİ-dən şüşə qırıqları alıb dənizə tökürdülər?
12.06.2019 23:22
Ötən əsrin 70-ci illərində Yaponiya SSRİ-dən tonlarla şüşə qırıqları alıb, sonra onu dənizə tökürdü. Sovet İttifaqında uzun müddət bu qəribə ticarətin sirrini öyrənməyə çalışırdılar. Sovetlər böyük məmnuniyyətlə böyük həcmdə şüşə qırıntısını taxta yeşiklərdə qablaşdırıb göndərirdi. Lakin yaponların dərhal tədarük edilən malı dənizə tökməsi də sirr olaraq qalırdı.
 
 
Əslində isə məsələnin məğzi başqaydı. Yaponlara şüşə deyil, şüşələrin qablaşdırılaraq, göndərildiyi taxta yeşiklər lazım idi. Küknar ağacından hazırlanan bu yeşiklər yaponlar üçün çox qiymətli xammal idi. O illərdə Yaponiyanın iqtisadiyyatı çətin günlər yaşayırdı və taxta istehsal etmək imkanı yox idi. SSRİ-nin ucsuz-bucaqsız Tayqa meşələri isə istənilən məhsulu taxta taralarla ixrac etməyə imkan verirdi. Qeyd edək ki, həmin illərdə Azərbaycanın "Badamlı” mineral suyu da yaponlar tərəfindən həvəslə alınırdı. Sonradan məlum olduğu kimi, suya və şüşəyə görə deyil, taxta yeşiklərə görə.

O ki, qaldı, dənizə tökülən şüşə qırıqlarına. Yaponlar şüşənin dənizin ekologiyasına zərər verməyəcəyini düşünmüşdülər. Onilliklər sonra dəniz sularının yuyub hamarladığı bu şüşələr bütün dünyada məşhur rəngli şüşələrdən ibarət çimərliyin yaranmasına səbəb oldu.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol