• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda iş adamının güllələnməsinin - Təfərrüatı

Bakıda iş adamının güllələnməsinin - Təfərrüatı
14.06.2019 13:23
Bakıda iş adamının güllələnməsinin təfərrüatları məlum olub.
Anews.az xəbər verir ki, qətl iyunun 14-nə keçən gecə saat 01:00 radələrində Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 312 saylı binanın qarşısında törədilib.
47 yaşlı yeznəsi Məmmədov Ramiz Hümbət oğlunun qətlində şübhəli bilinən 45 yaşlı Siyəzən rayon sakini Şirinov Rauf Həsən oğlu cinayət yerindən qaçıb və hazırda axtarışdadır.Şərur rayon sakini Ramiz Məmmədovun avtomobilində ov tüfəngi ilə güllələndiyi ehtimal edilir. O, qarın və ayaq nahiyəsindən iki güllə yarası ilə ağır vəziyyətdə 3 saylı Şəhər kliniki xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Məlumata əsasən, qohumlar birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Biznesi qətldə şübhəli bilinən şəxs idarə etsə də, "84” və "113” nömrəli avtobusların marşrut xətləri R.Məmmədova məxsus olub. İstintaq versiyalarından birinə görə, qohumlar arasında münaqişəyə səbəb pul məsələsi olub.
R.Şirinov qətldə istifadə etdiyi odlu silahla birlikdə qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun hələ ölkə hüdudlarında olduğuna ümid edir. Cinayətkarın axtarışına Sabunçu rayon Polis İdarəsinin əməkdaşları səfərbər olunub.(oxu az)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol