Məşhur şirkətin azərbaycanlı əməkdaşı özünü oğurlatdırdı - Video

Rusiyanın "Rosneft” neft şirkətinin məhkəmə departamentinin əməkdaşı Anastasiya Rüstəmovanın əri Emin Rüstəmov özünü oğurlatdırıb.
A.Rüstəmova mayın 17-si polisə müraciət edib. Qadın ağlayaraq bildirib ki, əri Emini oğurlamış şəxslər ondan pul tələb edirlər və əgər gecə yarısınadək o, 520 min rublu quldurlara çatdırmasa, ərinin cinsiyyət üzvlərini kəsəcəklər. Cinayətkarın Qafqaz ləhcəsində danışdığı bildirilib.
Polis əməkdaşları qadına məsləhət görüblər ki, tələb olunan pulu versin. Onlar cinayətkarları pulu alan anda yaxalamaq qərarına gəliblər. Anastasiya pulu asan tapıb – pis qazanmırmış.Təyin olunmuş vaxtda cinayətkarlarla Anastasiya Rüstəmova yanacaqdoldurma stansiyasında görüşüblər. Pul dolu paket oğrulara çatan kimi Emin yaxınlıqda görünüb. O, ağır və bivec addımlarla baş verənləri kənardan izləyirmiş. Elə bu an Anastasiya ərinin borclarını xatırlayıb və hər şeyi anlayıb.
Polis əməkdaşları oğru ilə onun "qurbanını” tutublar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























