• $
  • €
  • ₽
  • ₺
  • £

İslam ölkəsində ilk: halal gecə klubu açıldı

İslam ölkəsində ilk: halal gecə klubu açıldı
14.06.2019 15:53
Səudiyyə Ərəbistanında "halal gecə klubu” fəaliyyət başlayıb.


Bu barədə sosial mediada məlumat yayılıb.


Bildirilir ki, Ciddə şəhərində açılan kluba 18 yaşdan aşağı şəxslərin girişi qadağandır. Həmçinin, spirtli içki qəbul etmək və mobil telefonla görüntü çəkmək olmaz.


"Halal gecə klubu” sosial mediada müzakirələrə səbəb olub.


Məsələ ilə bağlı Əyləncə Qurumu adlı tvitter hesabından açıqlama gəlib. Qeyd olunub ki, klub Ciddə Festivalı çərçivəsində icazəsiz şəkildə açılıb. Onun ləğv edilməsi üçün lazımi hüquqi prosedurlar başladılacaq. Qurum bildirib ki, başqa bir əyləncənin təşkil olunmasına icazə verilib, lakin bu icazə başqa məqsədlərlə istifadə olunub. Sözügedən "halal gecə”nin mərkəzi Dubayda yerləşən "White Dubai” adlı klub tərəfindən təşkil olunduğu deyilir.


Qeyd edək ki, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salman İctimai Sərmayə Fondunun 24 oktyabr 2017-ci ildə paytaxt Ər-Riyadda təşkil etdiyi və 60 ölkədən 2500 nəfərin qatıldığı Gələcəlk Sərmayə Təşəbbüsləri toplantısında ölkəsinin "Yumşaq İslam” siyasətinə keçəcəyini söz vermişdi. Bu çərçivədə ölkədə kino zalları açılmış, opera və caz festivalları keçirilmişdi.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol