• $
  • €
  • ₽
  • ₺
  • £

Üzərində Rəsulzadənin şəkli olan avro xəbəri təsdiqləndi - Şirkətdən rəsmi açıqlama

Üzərində Rəsulzadənin şəkli olan avro xəbəri təsdiqləndi - Şirkətdən rəsmi açıqlama
29.05.2020 10:57
Bu günlərdə üzərində Azərbaycan Xalq Cümhuriyyətinin banisı Məhəmməd Əmin Rəsulzadənin və Bakı fatehi Nuru Paşanın şəkilləri əks olunmuş avro əskinasları cəmiyyətdə maraqla qarşılanıb. 

Daha sonra mətbuatda Avropa Mərkəzi Bankına istinadla yazılmış bir məlumatda xəbər təkzib edilib.

Anews.az məsələ ilə bağlı layihənin rəhbəri türkiyəli kolleksiyonçu Özgür Honça ilə əlaqə saxlayıb.



Kolleksiyonçu bildirib ki, pulları Avropa Mərkəzi Bankı çap etmir, onların özəl mətbəələri var və biz o mətbəələrlə müqavilə ilə işləyirik.

Onun sözlərinə görə, mətbəə Avropa Mərkəzi Bankına aiddir və real 100 avroluq əskinaslar da hazırlayır.

"Avropa Mərkəzi Bankı pul çap etmir, pullar Avropa Mərkəzi Bankına aid olan, Fransada fəaliiyət göstərən "EBM Euro banknote memory" mətbəəsinə bağlı "Obertur" mətbəəsində çap olunub. Hansı ki, bu mətbəədə 100 avropluq əskinaslar  çap olunur” – deyə o, bildirib.

Özgün Honça əlavə edib ki, bu əskinaslar simvolikdir və Türkiyə - Azərbaycan qardaşlığını özündə ehtiva edir, indi bu məsələnin başqa rəng alması, bizi çox incidir.

Özgür Honça ilə yanaşı, əskinasları çap edən "0 Euro Banknotes” şirkətinin təmsilçisi İbrahim Gölgəli ilə də danışdıq.

Gölgəli dedi ki, biz 0 avroların basılması ilə bağlı Avropa Mərkəzi Bankından səlahiyyət almışıq, müqaviləyə əsasən, bizim sifarişlərimiz çap edilir.

Onun sözlərinə görə, suvenir əskinasların qiymətı təxminən 5-10 avro arasında dəyişəcək və Azərbaycandan da sifariş etmək mümkün olacaq.

Kolleksiyonşçu Özgür Honça Anews.az-a əskinasların çapı ilə bağlı Avropa Mərkəzi Bankının icazə sənədini və müqavilə sənədlərinin şəkillərini göndərib.

Şəkilləri olduğu kimi sizə təqdim edirik.
 
Həzi
 











www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol