• $
  • €
  • ₽
  • ₺
  • £

İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi davam edir

İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi davam edir
14.06.2019 17:10
Təhsilə, elmə və maariflənmənin təbliğinə xüsusi önəm verən "Nar”-ın baş sponsorluq etdiyi "Breyn Rinq” intellektual yarışlarının on üçüncü mövsümü davam edir. Kubok uğrunda mübarizədə  aparacaq 3 komandanın adı artıq məlumdur. Onlar "Gəncə”, "Nar” və "Kapital” komandalarıdır.
 
Anews.az bildirir ki, bu ilin martından başlayan yarışın on üçüncü mövsümü respublikanın 17 bölgəsi və 11 ali məktəbini təmsil edən 34 komanda ilə başlayıb. Komandalar yarışın baş sponsoru olan "Nar” tərəfindən təsis edilmiş "Nar” kuboku uğrunda mübarizə aparırlar. "Nar” kubokunun sahibi iyun ayında məlum olacaq.
 
Yarışlar hər həftənin bazar günü saat 20:00-da İctima Televiziyada yayımlanır. "Breyn Rinq” həvəskarları bu intellektual yarışı izləməklə yanaşı, həm də "Nar”-dan hədiyyə qazanmaq şansı əldə edirlər. Yarış efirdə yayımlandığı saatda "Nar”-ın "Facebook” səhifəsində paylaşılan suala ən tez cavab verən şəxslər müxtəlif hədiyyələrlə təltif edilirlər.  May və iyun aylarının qalibləri İsrafil Əhmədov,  Mikayıl Mikayıllı, Əhməd Kamalov, Üzeyir Mehralı və Vüqar Şirinzadədir.
 
Qeyd edək ki, "Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır və bununla da onların elmə, təhsilə, biliyə olan marağını artırmağa səy göstərir.
 
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol