• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalist Fuad Abbasovun müdafiəsinə daha bir vəkil qoşulub

Jurnalist Fuad Abbasovun müdafiəsinə daha bir vəkil qoşulub
14.06.2019 23:00
Rusiyada həbsdə olan jurnalist Fuad Abbasovun müdafiəsinə daha bir vəkil qoşulub.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Fuad Abbasovun ailəsi məlumat yayıb.
Bildirilib ki, yeni vəkil Azərbaycanın Rusiyadakı Səfirliyi tərəfindən təyin olunub. O, bu gün Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün müvəqqəti saxlanma məntəqəsində saxlanılan Fuad Abbasovla görüşüb və materiallarla tanış olub.Qeyd edək ki, indiyə kimi Fuad Abbasovun hüquqlarını vəkillər Elman Paşayev və Teyyub Şərifov müdafiə ediblər. Bundan sonra isə yeni vəkil Teyyub Şərifovla birlikdə Fuad Abbasovun hüquqlarını müdafiə edəcək.
Xatırladaq ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib.

Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. Ötən həftə və bu həftə ərzində iki dəfə öz hesabına bilet alsa da, onu Azərbaycana deportasiya etməyiblər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol