Həbsdə olan baş redaktor apellyasiya şikayəti verib

Bakıda hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən "Qafqaz” xəbər agentliyinin rəhbəri Mahmud Tağıyevin barəsində olan hökmdən apellyasiya şikayəti verib.
APA-nın məlumatına görə, onun şikayəti Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun icraatına verilib.
Qeyd edək ki, M.Tağıyev ötən il həbs edilib. İstintaq orqanı tərəfindən ona Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunub.
Cinayət işi üzrə zərərəçəkmiş şəxs qismində "ŞURATAZ LTD” MMC-yə faktiki rəhbərlik edən Xaliq Nəriman oğlu Abbasov və "Nort Vest Konstrakşn” MMC-nin icraçı direktoru Elçin Tofiq oğlu Bədəlov, həmçinin daha iki nəfər tanınıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























