• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş nazir mülk davasına başladı - Şirkəti məhkəməyə verdi

Keçmiş nazir mülk davasına başladı - Şirkəti məhkəməyə verdi
29.05.2020 08:44
Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov Bakının Səbail rayonu ərazisində yerləşən mülkiyyətin ona məxsus olduğunu iddia edərək, həmin ərazinin boşaldılmasını tələb edir. Sabiq nazir bundan ötrü məhkəməyə müraciət edib.

 F.Ələkbərov "Məlahət” MMC-yə qarşı iddia qaldırıb. Cavabdeh qismində həm də Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsini qoyub.

Sabiq nazir iddia edir ki, hazırda "Məlahət” MMC-nin istifadəsində olan mülkiyyət əslində ona məxsusdur. O, həmin əmlakın boşaldılmasını, bu günədək həmin mülkiyyətdən istifadə edə bilmədiyinə görə ona dəymiş ziyanın ödənilməsini tələb edir.
 

Qarşı tərəf isə sabiq nazirin iddiasını əsassız sayır. Bildirir ki, həmin əmlak "Məlahət” MMC-yə məxsusdur, bunu təsdiqləyən sübutlar da var.

Bu işə Səbail rayon Məhkəməsində hakim Mədinə Bağırova baxır. Məhkəmədə F.Ələkbərovun nümayəndəsi vəsatət qaldırıb ki, bu işə baxılıb yekun qərar çıxarılana qədər mübahisəli mülkiyyətlə bağlı hər hansı hüquqi addımın atılması (satılması, girov qoyulması), istifadəsi qadağan edilsin. Hakim də bu vəsatəti təmin edib.

Cavabdeh tərəf bu qərardan apellyasiya şikayəti verib. İyunun 18-də Bakı Apellyasiya Məhkəməsində həmin şikayətə baxılacaq.
 
(Bizimyol)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol