• $
  • €
  • ₽
  • ₺
  • £

Alimlərdən qorxunc xəbərdarlıq — Bəşəriyyəti Günəş tezliklə məhv edəcək

Alimlərdən qorxunc xəbərdarlıq — Bəşəriyyəti Günəş tezliklə məhv edəcək
17.06.2019 15:56
Kolorado universitetinin alimləri bildiriblər ki, Günəş adi partlayışlardan min dəfə güclü enerji buraxa bilər.

"Ölkə.Az” xəbər verir ki, bu, sivilizasiyanın texnologiya səviyyəsinə böyük ziyan vuracaq. Bu tip hadisələr super partlayış adlanır və adətən gənc və aktiv ulduzlarda müşahidə edilir. Buna görə də Günəş sisteminə bunun mümkün olmayacağı düşünülürdü.

Partlayış kifayət qədər böyük enerjinin ulduz atmosferinə atılmasıdır. Onlar ləkələr-fotosferin soyuq sahələri yaxınlığındakı maqnit sahələrindən yaranır. Yüksək maqnit aktivliyi gənc ulduzlarda, tez dövr edən ulduzlarda müşahidə edilir. Onların sahəsi bir neçə min Qauss (ölçü vahidi) olur və səthin böyük hissələrinə təsir edir. Bu isə böyük Günəşdə olandan onlarla, bəzən milyonlarla dəfə çox güclü partlayışlara səbəb olur. Bəşəriyyətin isə bəxti gətirib. Günəş asta dövr edir, maqnit sahələri zəifdir, bu isə onun elə də güclü partlayış gücünə sahib olmadığını göstərir.

Amma "Kepler” teleskopu vasitəsilə əldə edilən məlumatlara əsasən, alimlərə məlum olub ki, G sinfinə aid (Günəş də bu sinfə məxsusdur) spektral ulduzlarda super partlayışlar olur. Ekstremal partlayışlar  istehsal edən ulduzlar o qədər ləkəyə sahib olurlar ki, dövrləri zamanı periodik olaraq parlaqlıq dəyişikliyi yaranır. Bunları isə astronomik qurğular vasitəsilə görmək mümkündür.

Köhnə elmi işlərin birində Günəş tipli 50 ulduz üzərində müşahidə aparılıb. Bu ulduzlarda super partlayışlar baş verib. Onlardan 34-ü tənha ulduz olub. Bütün ulduz atmosferi parametrləri isə, yəni, tempratur, səthin qravitasiyası, metallığı G-sinfi ulduzları tipdə olub.

Yeni tədqiqatda isə mütəxəssislər Günəşə bənzər 23 ulduzu müşahidə ediblər və super partlayışlar müşahidə olunub. Qeyd etmək lazımdır ki, bu ulduzlar Günəşdən sürətli dövr edirlər. Günəşin isə öz oxu ətrafında dövrü üçün 25 gün lazımdır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol