• $
  • €
  • ₽
  • ₺
  • £

AŞPA Belarusu ölüm hökmünə moratorium qoymağa çağırıb

AŞPA Belarusu ölüm hökmünə moratorium qoymağa çağırıb
17.06.2019 21:00
"Belarusda ölüm hökmünə moratoriumun qoyulması zəruridir".  

APA-nın xəbərinə görə, bu barədə Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) ölüm hökmünün ləğv edilməsi məsələsi üzrə baş məruzəçisi Titus Korlesyanın təşkilatın rəsmi saytında yayılan bəyanatında deyilir.

"Avropanın demokratik standartları cinayətin ağırlığından və şəraitdən asılı olmayaraq, ölüm cəzasının istifadəsini qadağan edir. Belarus bir daha göstərdi ki, Avropa standartlarına uyğunlaşmaq istəmir”, - deyə Korlesyanın bəyanatında qeyd edilir.

Onun sözlərinə görə, ölüm cəzasının tədbiq olunması Avropa Şurası və rəsmi Minsk arasında sıx əlaqələrin inkişafını çətinləşdirir: "Belarus hökuməti üçün irəliləyişin yeganə yolu tez bir zamanda ölüm cəzasına moratorium qoymaqdır və tədricən onun tamamilə ləğvinə doğru irəliləməkdir”. 

Qeyd edək ki, Belarus Avropada ölüm hökmünü tədbiq edən yeganə ölkə olaraq qalır. Son 20 ildə Belarusda 400 nəfər edam olunub. Qərb siyasətçiləri dəfələrlə bildiriblər ki, ölüm cəzasına moratorium qoyulması ölkənin Avropa İttifaqına daxil olması üçün ilk addım ola bilər. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol