• $
  • €
  • ₽
  • ₺
  • £

Fuad Abbasov həbsinin səbəblərini açıqladı - Audio

Fuad Abbasov həbsinin səbəblərini açıqladı - Audio
18.06.2019 16:37
Mayın 16-da Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlı jurnalist Fuad Abbasovun audioyazısı yayımlanıb.

Səs yazısı F.Abbasova məxsus "Facebook” hesabında yerləşdirilib. 
Yazıda F.Abbasov həbs olunma səbəblərini açıqlayıb. O bildirib ki, həbsinin Rusiyadakı Azərbaycan diasporu ilə heç bir əlaqəsi yoxdur.Jurnalist həbsində əsas səbəb kimi azərbaycanlıların Rusiyada hüquqlarının pozulmasını göstərib.
F.Abbasov qeyd edib ki, onun saxlanmasının əsas səbəbini jurnalist Maksim Şevçenko səsləndirib.

"Burada məqsəd Rusiyadakı yeganə azərbaycanlının, eyni zamanda, Rusiya kanallarında türkiyəli qardaşlarımızın səsini kəsməkdir”, - jurnalist əlavə edib.
Qeyd edək ki, F.Abbasov miqrasiya qanunvericiliyini pozmaqda təqsirli bilinir. Mayın 28-də onun Azərbaycana deportasiyası nəzərdə tutulsa da, bu, qeyri-müəyyən səbəblərdən təxirə salınıb. İyunun 7-də F.Abbasov aclıq aksiyası elan edib. 
Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Fuad Abbasovla bağlı məsələ Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarətindədir. 
 

Bundan başqa, iyunun 11-də yaranmış vəziyyəti aydınlaşdırmaq məqsədilə Rusiya Xarici İşlər Nazirliyinə nota təqdim edilib və digər aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol