Azərbaycanlı sürücü generalı yarı yolda qoyub soydu - FAKTLA BAĞLI CİNAYƏT İŞİ AÇILDI

İyunun 14-də Moskvada Azərbaycan vətəndaşının iştirakı ilə oğurluq hadisəsi qeydə alınıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin Çin üzrə nazir müavini ölkəsində məzuniyyətini başa vurduqdan sonra Çinə qayıtmaq üçün səhər tezdən taksi sifariş edib.
İki saat yol getdikdən sonra general-leytenantın səhhəti pisləşib, onun burnundan qan gəlib. Bu zaman sürücü ona avtomobildən enməyi və üzünü yumağı təklif edib. Lakin üzyuma prosesi bitəndə o, sərnişini yolda qoyaraq qaçıb.
Maşında bir neçə bank kartı, sənədlər, hədiyyələr qalıb.
Generalın hüquq-mühafizə orqanlarına müraciətindən sonra hadisəni törədən 59 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.
O, maddi vəziyyətinin yaxşı olmadığını bildirərək sənədləri zibil qutusuna atdığını, bəzi əşyaları bomjlardan birinə verdiyini, özünə isə iPad götürdüyünü etiraf edib.
Faktla bağlı cinayət işi açılıb.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib