• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkili hüquq müdafiəçisinə cavab verdi

Millət vəkili hüquq müdafiəçisinə cavab verdi
20.06.2019 19:02
"Ölkə əhalisinin sosial vəziyyətini ağırlaşdıran çoxsaylı amillərdən biri də qanunlardır”, bunu anews.az-a açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyib.

Onun sözlərinə görə, qanunvericiliyə edilən dəyişikliklərdən sonra, xüsusən əmək müqavilələri daha çox işəgötürənlərin xeyirinə olur.

Qəhrəmanlı deyir ki, 1999-cu ildən bu günə kimi, qanunvericilikdə 309 dəyişiklik olub və bunların hamısına yenidən baxılmalıdır.

"Xüsusən, dövlət idarələrində elə işlər var ki, öncədən bilinir ki, bunlar müddətli iş ola bilməz. Əvvəllər də qanunvericilikdə əmək müqaviləsinin bağlanması qaydalarında göstərilirdi ki, əmək növü və göstərilən xidmətlərin daimi xarakterli oldugu öncədən bilinirsə, müqavilələr birdəfəlik bağlanır. Sonradan qanunvericiliyə dəyişiklik olundu və əlavə etdilər ki, müəyyən hallarda müddətli ola bilər. Məsələn, iki tərəfin də razılığı olduqda”, – deyə Mirvari Qəhrəmanlı bildirib.
 

Hüquq müdafiçəsi deyir ki, İnsanlar iş tapır, sevinir, işəgötürənin bu şərtini qəbul edir. İşlədiyi vaxtda maaşından işsizlikdən sığorta ilə bağlı məbləğ tutulur. 1 il keçir, işçi ilə müqavilə yenilənmir. Beləliklə, işsizlikdən sığortadan da olur. Çünki, işsizlikdən sığorta ilə bağlı qanun deyir ki, ancaq o halda işsizlikdən sığorta edilə bilər ki bir şəxs, ya ixtisara düşür, ya da, müəssisə bağlanır.

Qəhrəmanlı bildirib ki, Azərbaycan prezidenti dövlət idarələrinə ixtisarların minimuma endirməklə bağlı tapşırıqlar verir ardıcıl olaraq, idarələr də, artıq qısamüddətli müqavilələr imzalayırlar ki, sabah gərəkəndə bu adamı işdən çıxarmaq problem olmasın və ixtisar kimi statistikaya düşməsin.



Məsələyə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin də mövqeyin öyrəndik.

Millət vəkili bildirdi ki, bu qanunlar qəbul olunanda tək təşəbbüskar biz olmuruq. Müxtəlif təşəbbüskarlar olur.

Onun sözlərinə görə, işçilərin əmək müqaviləsi imzalayıb, imzalamaması özlərinin qərarıdır.

"Bilirsiniz, o da düzdür ki, bəzi hallarda işəgötürənlər müxtülif belə addımlar atırlar. Mirvari xanım kiçik adam deyil, ictimai şəxsdir, gəlsin birlikdə müzakirə edək, dəyərləndirək. Açığı bizim də, prezidentin də istəyi hər şeyin vətəndaşlarımızın xeyirinə olmasıdır. Bu gün hansısa qanun vətəndaşların mənafelərinə xidmət eləmirsə, hər kəs yazsın, təklif versin, gəlsin müzakirə edək”, - deyə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.

Əmək məcələsinə görə, əmək müqaviləsinin müddəti (MADDƏ 45)

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

 
Həzi
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol