• $
  • €
  • ₽
  • ₺
  • £

"28 May"da nə baş verir? - polis polkovnikindən açıqlama - FOTOLAR

"28 May"da nə baş verir? - polis polkovnikindən açıqlama - FOTOLAR
20.06.2019 22:30
Bakının "28 May" metrostansiyasının yaxınlığında, Şamil Əzizbəyov küçəsi 158 ünvanında restavrasiya işləri bir müddətdir ki, davam edir. Yenidənqurma və tikinti-bərpa işləri ilə əlaqədar olaraq günün pik vaxtlarında bir neçə iriqabaritli avtomobilin əraziyə cəlb olunması qeyd olunan ünvanda, yəni Heydər Əliyev Sarayına doğru istiqamətlənən yolda nəqliyyat vasitələrinin sıxlığına, piyada və sürücülərin narahatlığına səbəb olur. Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının "Nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi" haqda 2015-ci ildə verilən qərarında isə iriölçülü avtomobillərin hərəkətinin məhdudlaşdırılması haqda müddəalar əksini tapıb. Həmin qərarda çəkisi 5 tondan artıq olan yük avtomobillərinin gündüz vaxtlarında şəhərdə hərəkətinin məhdudlaşdırılmasıı vurğulanır.
Tikinti və daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli "28 May" metrostansiyasının qarşısında yaranan bu halın qanuna zidd olduğunu bildirib: "İriölçülü avtomobil vasitələrinin gündüz vaxtlarında yollarda hərəkəti məhdudlaşdırması düzgün deyil. Yəni camaatın sıx hərəkət etdiyi bir vaxtda, günün pik saatlarında belə avtomobillərin hərəkəti yolverilməzdir. Bu səbəbdən də tikinti işlərini gecə saatlarında görmək məsləhətdir".
Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov isə açıqlamasında təmir-bərpa işlərinin özbaşına həyata keçirilmədiyini vurğulayıb: "Təbii ki, bu işlər razılaşdırılmış qaydada görülür. Yəqin ki, qeyd etdiyiniz ərazidə aparılan restavrasiya ilə əlaqədar olaraq da razılaşma var. Ərazidə bu işləri görən şirkət təhlükəsizliklə bağlı tədbirləri görüb".
"Nazirlər Kabinetinin qərarı ilə tutumu 5 tondan artıq olan nəqliyyat vasitələri günün qaranlıq vaxtlarında hərəkət etməlidir. Lakin burada da müəyyən istisna halları var. Belə olan halda yalnız qəza-bərpa işlərində istifadə olunan nəqliyyat vasitələrinin və xüsusi təyinatlı avtomobillərin fəaliyyətinə icazə verilir. Həmin ərazidə də aparılan tikinti ilə əlaqədar olaraq iri yük maşınlarından istifadə edilməlidir. Yük avtomobilləri olmadan necə tikinti aparmaq mümkün ola bilər?" - deyə V.Əsədov bildirib.
O bu cür tikinti və təmir-bərpa işləri ilə əlaqədar olaraq sürücüləri daim məlumatlandırdıqlarını da açıqlayıb: "Bu cür hadisələrlə bağlı bizə də məlumat daxil olduqda sürücüləri xəbərdar edirik".
 
 







www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol