• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəbə uşaq yollayan valideynlərin xərci - VİDEO

Məktəbə uşaq yollayan valideynlərin xərci - VİDEO
08.09.2014 11:39
Yeni dərs ilinin başlanmasına düz bir həftə qalıb. Bazarlarda adam əlindən tərpənmək mümkün deyil. Valideynlər uşaqlarla birlikdə dərs ləvazimatları almaq üçün bazarlara üz tutub. ANN.Az-ın ANS TV-ə istinadən məlumatına görə, dərsliklər pulsuz olsa da, bu, valideynləri əlavə qayğılardan azad etməyib. Məsələn, balacalar üçün iş dəftərləri, böyüklər üçün adi dəftərlər, dərs vəsaitləri pulludur. Əvvəllər məktəb ləvazimatlarının hər biri daha sadə idi. İndi isə qiyməti və çeşidindən asılı olaraq bazarda istənilən məktəb ləvazimatını tapmaq olar. Satılan malın qiyməti əlbəttdə ki, keyfiyyətinə görə dəyişir.“Bazarda məktəb ləvazimatlarının saxtası, eyni zamanda keyfiyyətli mallar da var. Bazarda əsasən Çin, Türkiyə və Rusiya istehsalı olan məhsullar satılır” – deyə satıcı qeyd edib. Uşaqlarını məktəbə yola salan valideynlər övladlarının təlabatlarını ödəməklə yanaşı budcələrinə çox ziyan vurmamaq məqsədilə münasib alış-veriş mərkəzlərinə üz tuturlar. Məktəb ləvazımatlarının qiymətlərində o qədər də enmə müşahidə olunmur.Məktəb çantalarının qiyməti ən aşağı 4 AZN-dən başlayaraq 100 AZN-ə qədər olur. Dəftərlər 5-40 qəpik arası, qələmləri 5-30 qəpik arası, pozan və xətkeşlərin qiyməti isə 5 qəpikdən başlayır. Qələmqabıları 30 qəpikdən 1AZN-ə kimi, uşaqlar üçün su qablarını 70 qəpikdən almaq olar. Rəsm dəftəri, 12 qəpikdən tutmuş 55 qəpiyə kimi olur.Məktəbə uşağını yollayan valideynlərin xərcləri orta hesabla 120-350 AZN arası təşkil edir. Satıcılar alıcıların axının sentyabr ayının sonuna qədər davam edəcəyini deyirlər. Bu isə xərclərin hələ artacağını istisna etmir.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol