• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın ən yaxşı məktəblərinin adları açıqlanıb - SİYAHI

Azərbaycanın ən yaxşı məktəblərinin adları açıqlanıb - SİYAHI
21.06.2019 13:17
Liseylərin attestat qiymətləri əla olan abituriyentlərindən 1.09%-i ötən ilin qəbul imtahanlarında 200 baldan aşağı nəticə göstərib. 

Anews.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin "Abituriyent” jurnalının 12-ci sayında bildirilib. 
Qeyd olunub ki, 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 79.78%-dir.
Qəbul imtahanlarında 50 liseyin məzunları iştirak edib. Bu məktəblərdən "Oxbridge Academy” ümumi təhsil müəssisəsinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.

Bakı İstedadlar Təhsil Kompleksinin bir məzunu belə ali təhsil müəssisələrinə qəbul üçün sənəd verməyib.
Ölkə üzrə yaxşı məktəblərin sırasına bu il Bakı Türk liseyi (BDU-nun nəzdində, təsisçi Türkiyə Dəyanət Vəqfi), Heydər Əliyev adına lisey, Ak. Z.Əliyeva adına lisey, Ak. Zərifə Əliyeva adına liseyin V korpusu, Fizika-Riyaziyyat təmayüllü lisey, Bakı Avropa liseyi, BDU-nun nəzdində "Gənc istedadlar” liseyi, Kimya-biologiya təmayüllü lisey, Kaspi liseyi, Humanitar fənlər təmayüllü məktəb-lisey, T.İsmayılov adına "İntellekt” məktəb-liseyi, Fizika, riyaziyyat və informatika təmayüllü lisey, "Ankara Məktəbi” məktəb-liseyi, 289 saylı tam orta məktəb – "Zəngi” liseyi, "Evrika” liseyi, M.Şeyxzadə adına Texniki, Humanitar və Təbiət Fənləri Təmayüllü Gimnaziyanın II korpusu, İ.Əfəndiyev adına "Elitar” gimnaziya, S.Rüstəm adına Xarici dillər təmayüllü gimnaziya, S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziya, S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyası, H.Əliyev adına Müasir Təhsil Kompleksi, XXI əsr - Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Avropa Azərbaycan məktəbi, Bakı MODERN məktəbi, "Təlim” firmasının nəzdində tam orta məktəb, "Xabad Or Avner” tədris kompleksinin nəzdində orta ümumtəhsil məktəbləri daxil olub.(report)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol