• $
  • €
  • ₽
  • ₺
  • £

Gənclər “Gilan Holding”ın dəstəyi ilə “ASAN Akademiya”nı uğurla başa vurur

Gənclər “Gilan Holding”ın dəstəyi ilə “ASAN Akademiya”nı uğurla başa vurur
21.06.2019 15:08
Müxtəlif sahələrdə uğurlu layihələrdə daima iştirak edən "Gilan Holding”, əməkdaşlarının fərdi və peşəkar inkişafına töhfə verməklə yanaşı, cəmiyyət üçün sağlam, intellektual potensialını inkişaf etdirmiş gənclərin sayının çoxalmasına da böyük önəm verir.

Anews.az xəbər verir ki, maarifləndirici, mədəni, ekoloji, istərsə də sosial tədbirlərin təşkilində aktiv dəstək, Holdinq üçün yalnız bir dəyər və məqsəd üzərində qurulur. Bu vacib dəyər - insanların həyatlarının hər hansı bir aspektinin müsbət tərəfə çevrilməsinə dəstək olmaqdır. Bu istiqamətdə "Gilan Holding” bir çox aparıcı dövlət və özəl qurumları, qeyri-hökumət təşkilatları ilə faydalı əməkdaşlıq edir.

Sözügedən istiqamətlər üzrə ən səmərəli əməkdaşlıqlar sırasında "ASAN Könüllüləri” Təşkilatı ilə birgə layihələr olub. Həmin layihələr, onlardan faydalana biləcək böyük insan kapitalını əhatə etməklə və maraqlı yeniliklər ilə yadda qalıb. "ASAN Könüllüləri” ilə əməkdaşlıq çərçivəsində, bəzi gənclər "Gilan Holding"ə daxil olan müxtəlif müəssisələrdə təcrübə keçmək və işlə təmin olunmaq imkanı əldə edib.

"Gilan Holding”in dəstəyi ilə aprel ayından başlamış "ASAN Akademiya” layihəsi 20 iyun tarixində bitmişdir. Layihənin davam etdiyi dövr ərzində bir sıra ixtisaslar üzrə təhsil alan gənclər üçün liderlik, psixologiya, ictimai idarəetmə, innovasiya, maliyyə, hüquq modulları üzrə xüsusi proqramlar tədris olunub.
Layihənin maraqlı tərəflərindən biri ondan ibarətdir ki, təlimlərdə peşəkar təlimçilərlə yanaşı fərqli sahələrdə çalışan mütəxəssislər də tədris prosesinə qoşulub. Bu isə, tələbələrə müxtəlif şirkətlərdə mövcud olan təcrübənin yerində öyrənilməsinə və seçdikləri peşə üzrə daha təcrübi bilikləri əldə etmələrinə şərait yaradır.

"Gilan Holding"in İnsan Resursları Departamenti də bu cür təlimlərin təşkilində aktiv iştirak edib. CV-nin tərtib olunma və müsahibədən keçmə qaydaları, həmçinin karyera planlaması və iş axtarma strategiyalarına aid təlimlər tələbələrin böyük marağına səbəb olub.

 Holdinqin əməkdaşları tərəfindən keçirilən təlimlərdə iş seçimi üzrə doğru hədəflərin müəyyən olunması, uğurlu CV-nin yaradılması sirləri, müsahibə zamanı davranış qaydaları və işə qəbul üzrə mütəxəssislərin ən çox diqqət yetirdikləri məqamlara toxunulub.

İstedadlı və bacarıqlı gənclər, ölkə iqtisadiyyatının bütün sahələrində həyata keçirilən sistemli islahatların layiqli davamçıları olacaqlar. Gənclər üçün həyata keçirilən hər bir layihə, ötürülən hər bir vacib təcrübə və biliklər, ölkəmizin və iqtisadiyyatın inkişafı üçün ən doğru sərmayələrdəndir.  
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol