FHN özünü körpüdən atan qızla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Bakıda özünü körpüdən atan qızla bağlı məlumat yayıb.
Anews.az nazirliyin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər zamanı o, özünü körpüdən aşağı atıb və xilasedicilər tərəfindən quraşdırılan xilasetmə yastığının üzərinə düşüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























