Bu müəllimlərin də maaşı artacaq - RƏSMİ

Diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərin də əməkhaqlarında artım olacaq.
Trend-in məlumatına görə, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov bildirib ki, Nazirlər Kabineti tərəfindən vahid tarif cədvəli təsdiq edildikdən sonra diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərin əməkhaqlarında sentyabrın 1-dən artım olacaq (minimum aylıq əməkhaqqı artımına uyğun olaraq):
"Ancaq o müəllimlər diaqnostik qiymətləndirmədən keçdikdən sonra onlar birinci istiqamət üzrə (diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər üçün nəzərdə tutulan 20 faizlik artımla) əməkhaqqı almağa başlayacaqlar. Hər bir halda həm diaqnostik qiymətləndirmədən keçən, həm də keçməyən müəllimlər, eyni zamanda qeyri-müəllim vəzifələrində çalışan təhsil işçilərinin də əməkhaqqının artımı sentyabrın 1-dən olacaq".F.Qədirov deyib ki, müddətli müqavilə ilə işə qəbul olunan müəllimlərin də aylıq vəzifə maaşlarında sentyabrın 1-dən 20 faiz artım olacaq:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























