• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib

Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib
07.09.2014 14:00

Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhərindən keçən hisəsində qeydə alınıb.

 

Rayonun Faxralı kənd  sakini 28 yaşlı Rövşən Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobillə üzü paytaxt istiqamətdə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil əvvəlcə digər “Mercedes”ə, daha sonra isə  Faxralı kənd sakini, 45 yaşlı  İsgəndər Əhmədova məxsus  “Hyundai” markalı maşına çırpılıb.

 

Qəza nəticəsində hər üç avtomobilin sürücüləri və onların sərnişinləri 19 yaşlı Əli Şahverdiyev, 70 yaşlı Kimya Əfəndiyeva, 14 yaşlı Elvin Qurbanov, 37 yaşlı Ramil Qurbanov və 31 yaşlı Gulnar Musayeva ağır bədən xəsarətləri ilə Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirliblər.

 

Həkimlərin səyinə baxmayaraq, “Hyundai” sürücüsü İsgəndər Əhmədov dünyasını dəyişib. Yaralılardan Ramil Qurbanovun vəziyyəti ağır olduğundan  Bakı şəhərinə aparılıb. Xəstəxanadan bildiriblər ki, digər yaralıların vəziyyəti ağır olaraq qalır.

 

İlkin ehtimallara görə, qəzaya səbəb yüksək sürət olub.

 

Qeyd edək ki, “Mercedes”in sürücü  Rövşən Bayramov və “Hyundai” sürücüsü İsgəndər  Əhmədov həmkəndli olublar və onlar toydan qayıdırlarmış.

 

Faktla bağlı Baş Dövlət Yol Polisində araşdırma aparılır.

APA

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol