Azərbaycanda polis əməkdaşı çayda boğulan qadını xilas edib - FOTO

Salyan rayonunda polis əməkdaşı çayda boğulan qadını xilas edib.
"Ölkə.Az" xəbər verir ki, hadisə iyun ayının 24-də Salyan rayonunun Aşağı Kürkəndi kəndi ərazisində baş verib.
Həmin ərazidə xidmət aparan Salyan Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis serjantı Rafail Quliyev Kür çayı sahilində, xidmətdə olarkən ətrafı müşahidə edib. Körpünü nəzərdən keçirərkən bir qadının oradan suya düşdüyünü və köməksiz vəziyyətdə olduğunu görüb.
Tez özünü həmin yerə çatdıran polis əməkdaşı çayın gur axınında boğulmaqda olan qadını sudan təhlükəsiz yerə çıxarıb. Onu kritik vəziyyətdən çıxarmaq üçün dərhal Təcili Tibbi Yardım çağırıb. Hadisə yerinə gələn həkimlər həmin qadına lazımi tibbi yardım göstəriblər.

www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib