• $
  • €
  • ₽
  • ₺
  • £

Eldar Mahmudovun oğlunun əməlləri üzə çıxdı - görün nə işlə məşqul imiş

Eldar Mahmudovun oğlunun əməlləri üzə çıxdı - görün nə işlə məşqul imiş
24.06.2019 15:24
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov "Günəş” şirkətinə məxsus 732 kvadrat metrlik qeyri-yaşayış sahəsini onun rəhbərinin əlindən almaqda ittiham olunur.

Müəssisənin rəhbəri Əsgər Məmmədov A.Mahmudova qarşı Yasamal rayon Məhkəməsində iddia qaldırıb. Göstərib ki, 2008-ci ildə onların arasında bağışlanma müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, Nobel prospektində yerləşən binanın iki mərtəbəsində (5-ci mərtəbədə 364, 6-cı mərtəbədə 368 kv. metr) yerləşən qeyri yaşayış sahələrini Ə.Məmmədov A.Mahmudova bağışlayır.

Ə.Məmmədov məhkəmədə bildirib ki, həmin əmlakı o dövrdə 1 milyon 600 minə satmaq istəyib. Eldar Mahmudovun oğlu isə atasının vəzifəsindən sui-istifadə edib, həmin əmlakı onun əlindən alıb, pulunu da ödəməyib. Rəsmiləşdirmək üçünsə bağışlanma müqaviləsi bağlanıb.

Ə.Məmmədov həmin müqavilənin də, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən A.Mahmudovun adına verilmiş çıxarışların da ləğv olunmasını istəyib.

Yasamal Rayon Məhkəməsi onun iddiasını təmin etməyib. Apellyasiya Məhkəməsi isə birinci instansiyanın qərarını ləğv edib, Ə.Məmmədovun xeyrinə qərar çıxarıb. A.Mahmudovun vəkili apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verib. Ali Məhkəmə də onun şikayətini təmin edərək, aşağı instansiyanın qərarını ləğv edib. İş Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

İkinci dəfə bu işə baxan apellyasiya məhkəməsi bu dəfə fərqli qərar çıxarıb – Ə.Məmmədovun şikayəti təmin edilməyib, A.Mahmudovun xeyrinə olan qərar qüvvədə saxlanılıb.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol