• $
  • €
  • ₽
  • ₺
  • £

AST Telmanın oğlunun kazinosuna həbs qoyuldu – FOTOLAR

AST Telmanın  oğlunun kazinosuna həbs qoyuldu – FOTOLAR
24.06.2019 21:45
Moskvadakı "Çerkizov” bazarının keçmiş sahibi Telman İsmayılovun oğlu Ələkbər İsmayılovun aktivlərinə Monteneqroda həbs qoyulub.

Oxu.az xəbər verir ki, T.İsmayılov uzun illər öncə BM-Bankda (VTB-yə 100 faiz məxsus olan keçmiş "Bank Moskva”) iri məbləğdə kreditlər alıb və geri qaytarmayıb.
Podqoritsa (Monteneqro) şəhərinin ümumi məhkəməsi VTB-nin hüquqşünaslarının ərizəsini təmin edərək, "Montenegro Management Group d.o.o.” (MMG) şirkətində Ə.İsmayılova məxsus səhmlərin 100 faizinə həbs qoyulması haqqında qərar qəbul edib.

Bundan başqa, "Casino Avala Budva d.o.o” şirkətində MMG-yə məxsus səhmlərin 50 faizinə təminedici tədbirlər tətbiq edib. "Casino Avala Budva d.o.o” Budva şəhərində eyniadlı kazionun balans saxlayıcısıdır. Həmçinin, daha bir şirkətin – "Sanata d.o.o.”nun 20 faiz səhminə həbs qoyulub. Ə.İsmayılov həmin şirkətin baş direktoru və şərikidir.
Monteneqroda oyun biznesi ilə məşğul olan Ə.İsmayılovun problemləri atasına görə yaranıb. "BM-Bank” 2012-2014-cü illərdə T.İsmayılovun şirkətlərinə – "Ruslayn 2000” MMC və "Tropicano Finance B.V” (Niderland) – 230 milyon dollardan artıq məbləğdə üç kredit verib.

Kreditlər üzrə zaminlər qismində İsmayılovun özü və Kiprin "Tandum Ltd” şirkəti çıxış ediblər. Sonuncu İsmayılovun nəzarətində olub. Borclular tədricən kreditlərə xidmət göstərməyi dayandıraraq, banka 15 milyon rubldan artıq borclu qalıblar.
"BM-Bank”ın hüquqşünasları müəyyənləşdiriblər ki, "Tandum Ltd” şirkəti Ə.İsmayılova aktiv şəkildə kredit verib. O, bir neçə il ərzində borc qismində 12,3 milyon dollar alıb və qaytarmayıb. Hazırda onun "Tandum” qarşısında borcu yığılan faizlər nəzərə alınmaqla, 19,2 milyon dolları ötüb. Bu borcun ödənilməsi çərçivəsində Ə.İsmayılovun aktivlərinə həbs qoyulub.
 




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol