• $
  • €
  • ₽
  • ₺
  • £

Londonda Zamirənin məhkəməsi oldu – Milyonları hara xərcləyib?

Londonda Zamirənin məhkəməsi oldu – Milyonları hara xərcləyib?
24.06.2019 22:34
Bu gün İngiltərənin Vestminster magistrat məhkəməsində Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın işi üzrə növbəti məhkəmə prosesi başlanıb.
"Qafqazinfo” xəbər verir ki, məhkəməyə qatılan Zamirə Hacıyeva Azərbaycana ektradisiya olunmasına qarşı çıxaraq ədalətli mühakimə olunmadığını bildirib. Hacıyevaya qarşı qaldırılan ittiham aktında bildirilir ki, o, Avropadakı lüks butiklərdə, otellərdə, restoran və məşhur mağazalarda 15,5 milyon funt sterlinq xərcləyib. 55 yaşlı Hacıyeva özünə, ailə üzvlərinə qızıl, daş-qaş alaraq, 3 uşağının yüksək təhsil haqqını ödəyib. "Harrods”da isə 10 il boyunca 16 milyon funt sterlinq xərcləyib.
Zamirə Hacıyeva 2009-cu ildən 2015-ci ilədək Azərbaycan Beynəlxalq Bankından (ABB) 97 milyon dollar (76 milyon funt-sterlinq) vəsaiti mənimsəyən 37 nəfərlik mütəşəkkil cinayətkar qrupun üzvü olub.
Hacıyevanın 57 yaşlı əri Cahangir Hacıyev isə 2001-2015-ci illərdə ABB-nin rəhbəri olub və daha sonra dələduzluq maddəsilə 15 il həbsə məhkum edilib.
Azərbaycan hökumətini təmsil edən Helen Malkolm məhkəməyə Hacıyevanın adından verilən 10 kredit kartından 14,5 milyondan 15,5 milyon funt sterlinqə qədər pul xərclənib, digərləri isə ögey qızının və ərinin şəxsi mühafizəçisinin adına rəsmiləşdirildiyini deyib:
"Hacıyev 15 il həbs cəzası alıb və 39 milyon dolları (30,5 milyon funt sterlinq) geri ödəmək tapşırılıb. Bununla bağlı onlar apellyasiya şikayəti versələr də, rədd edildi”.
Məhkəmədə bildirilib ki, Hacıyevin dövlət qulluqçusu kimi gəliri 29-70 min dollar arasında olub. Bundan başqa onun qanuni gəlir mənbəyi olması ilə bağlı hər hansı sübut tapılmayıb. Zamirə Hacıyevanın isə hər hansı rəsmi gəliri olmayıb və o, qızıl sataraq yaşayışını təmin edib.
"Hacıyevaya qarşı açılan iş əriylə əlbir olub dələduzluq etməsinə görədir”, – deyə Malkolm bildirib.
Hacıyevanın vəkili Hüqo Keys QC isə ittihamları rədd edərək bildirib ki, Hacıyeva əri Azərbaycanda həbsdə olduğu üçün mühakimə edilir və pul xərcləmək heç də cinayət sayılmır.
Qeyd edək ki, Zamirə Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub, sonra isə ev həbsinə buraxılıb. Hazırda o, Londondakı evində qalır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol