• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar-ın eşitmə məhdudiyyətli insanlar üçün peşə təlimləri davam edir

“Nar-ın eşitmə məhdudiyyətli insanlar üçün peşə təlimləri davam edir
25.06.2019 11:58
Fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasına hər zaman xüsusi diqqət ayıran "Nar”-ın dəstəyi ilə keçirilən "Təlim Məktəbi” layihəsinin ikinci mərhələsi başa çatıb. Belə ki, 15 nəfərlik qrup intensiv aşpazlıq təlimini başa vuraraq, bu peşənin incəliklərinə yiyələniblər. "Karlara Dəstək” İctimai Birliyi ilə birgə reallaşdırılan layihə  çərçivəsində artıq son təlim mərhələsinə də start verilib. Öncədən aparılan sorğu əsasında iştirakçıların marağına uyğun olaraq seçilən motorçu peşə təlimi öz işinə başlayıb.
 
Motorçu təliminin özəlliyi ondan ibarətdir ki, təlimçi 3-cü qrup eşitmə məhdudiyyəti olan və artıq 12 ildir ki, avtomobil ustası çalışan Bəhrəm Hüseynovdur. Onun sözlərinə görə, avtomobilin təmiri zamanı bəzən səsləri duymağa ehtiyac olsa da, güclü intuisiya qabiliyyəti ilə işin öhdəsindən asanlıqla gəlmək mümkündür.
 
Qeyd edək ki, "Nar” tərəfindən təşkil edilən "Təlim məktəbi” layihəsi eşitmə məhdudiyyəti olan insanların peşə sahibi olmaqla cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə keçirilir. Bu layihə eşitmə məhdudiyyətli insanların işlə təmin olunmasına da yardım edəcək.  Peşə təlimi ilkin olaraq paytaxt Bakıda start götürüb. Gələcəkdə isə bölgələrdə də "Təlim məktəbi” layihəsinin davam etdirilməsi planlaşdırılır.
 
"Nar” 4 ilə yaxındır ki,  eşitmə məhdudiyyətli insanlar üçün bu cür  təlimlər təşkil etməklə, onların müxtəlif peşəyə yiyələnməsinə və iş bacarıqlarının artmasına töhfə verir. Fiziki məhdudiyyətli insanlara dəstək və onların cəmiyyətə inteqrasiyası "Nar”-ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol